Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca "Survivor 2020 Finalı" proqramı çərçivəsində koronavirus tədbirlərinə qarşı qoyulan tələblərə cavab vermədiyi üçün xəbərdarlıq etmişdi. Buna qarşılıq Acun Ilıcalı isə üzr istəyərək diqqət edəcəyini bildirmişdi.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, digər belə bir xəbərdarlıq isə TV 8-in "Master Chef" verilişi üçün gəlib. “Acun nazirə verdiyi sözü tutmaq istəyirsə, birinci elə "Master Chef"dən başlasın”, - deyə Səhiyyə naziri yenidən sərt reaksiya bildirib və əlavə edib ki, münsiflərin maska taxmaması və sosial məsafəni qorumaması qaydalara ziddir.
Qeyd edək ki, maska taxmayan vətəndaşların cərimələndiyi halda, məşhurların bu cəzadan qurtulmaları isə sosial mediada qıcıq doğurub.