Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 10 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 049 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 534 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 903 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.