“Tovuz rayonunda baş vemiş atışma zamanı vətəndaşlara, eyni zamanda, infrasturkturlara dəyən ziyan aradan qaldırılmalıdır. Cənab Prezidentin Sərəncamının əsas məzği bundan ibarətdir”. 

Bu fikirləri Unikal.org-a açıqlaması zamanı millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, cənab Prezident Tovuzda mülki əhaliyə, dövlət əmlakına, ümumiyyətlə, bütün infrasturkturlara dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı çox mühüm bir sərəncam imzalayıb:

“Həmin sərəncamda məlum məsələdir ki, iyul ayının 12-dən başlayaraq atışma vaxtı nə qədər ziyan dəyibsə, hesablanmalıdır. Müvafiq nəticə çıxarılandan sonra İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə material hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməldir. Bundan sonra istər vətəndaşlara, istərsə də digər qurumlara dəyən ziyanın ödənilməsi istiqamətində müvafiq addımlar atılacaq. Əsas məsələ odur ki, vətəndaşlara eyni zamanda, infrasturkturlara dəymiş ziyan aradan qaldırılsın, cənab Prezidentin Sərəncamının əsas məzği bundan ibarətdir. Eyni zamanda, həmin obyektlər tam bərpa olunmalı, təmir-tikinti işlərinin həyata keçirilməsi üçün bütün maliyyə vəsaiti, materiallar, lazım olan bütün məsələlər həll olmalı və Azərbaycan Respublikası Prezidentinə  təqdim edilməlidir”.

Qeyd edək, iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Dürrə Həsənova