Belarus Prezidenti Aleksandr Lukaşenko tibb işçilərinə koronavirus pandemiyasının tüğyan elədiyi çətin bir dönəmdə gördükləri işə görə minnətdarlıq edib.
Unikal.org bildirir ki, həkimlərə müraciətini dövlət başçısı Homel Mərkəzi şəhər poliklinikasının açılış mərasimində edib.
“Onlara naməlum bir xəstəliyin baş qaldırdığı vaxtda vaksinsiz, dərmansız bir şəraitdə insanları naməlum xəstəlikdən sağaltmağı öyrəndikləri üçün təşəkkür etməliyik. Bu, hünərdir”, - deyə Belarus lideri vurğulayıb.
Dövlət başçısı xatırladıb ki, COVID-19-la ölkədə sərt karantin rejimi tətbiq etmədən mübarizə aparılıb və bu da müsbət nəticə verib.
Koronavirus pandemiyası dövründə Belarusda ümumilikdə 66 min nəfərdən artıq insan xəstəliyə yoluxub, onların 88%-i artıq sağalıb, 503 nəfər isə ölüb.