London Tauerində 500 ildən artıq bir müddətdə ilk dəfədir ki, keşikçiləri işdən çıxarılır.
Unikal.org bildirir ki, bu barədə “Evening Standard” qəzeti yazır.
Koronavirusa görə kompleksin dörd ay müddətinə bağlanması “Historic Royal Palaces”ə (tarixi məkanın idarə edilməsinə cavabdeh olan təşkilat - red.) güclü maliiyə zərbəsi vurub.
HRP-nin icraçı direktoru Con Barns bildirib ki, maliyyə vəsaiti olmadığı üçün bifiterlərin bir hissəsini işdən çıxarmağa məcburdurlar.
Keşikçilərin ştatı 37 nəfərdən ibarətdir. Nəşrin məlumatına əsasən, artıq iki nəfər bifiter müvafiq ərizə ilə müraciət edib.
Tauerdə bifiter ştatının azaldılması son dəfə 1485-ci ildə Kral VII Henrixin dövründə olub.