"SpaceX" qurucusu və "Tesla" şirkətinin direktoru İlon Mask insanların çipləşdirilməsinin faydalarını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Neuralink" beyin implantasiyasının detalları haqqında danışan Maskın sözlərinə əsasən, çipləşdirilən insanlar özlərinin hormon səviyyələrini idarə edə, asanlıqla narahatlıqlarını aradan qaldıra, yaxud fkirlərini toplarlaya biləcəklər.
Bundan əlavə, çip birbaşa beyinə göndəriləcək musiqini dinləməyə imkan verəcək.
"Möhtəşəm funksiyaddır", - deyə alim Ostin Hovard bu xüsusiyyəti şərh edib.
"Neuralink" cihazları, ehtiyac olduqda, oksitosin, serotonin və digər kimyəvi maddələrin ifrazını stimullaşdıra biləcək.
Xatırladaq ki, may ayında Mask "Neuralink" şirkətinin tezliklə insan beyninə çip yerləşdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə əsasən, bir il ərzində implantın yaradılması üzrə işlər başa çatacaq. Bu implantlar beyin zədəsi səbəbindən itirilən görmə, eşitmə qabiliyyətini və ya əzələ hərəkətini bərpa etməyə imkan verəcək. Milyarder implantın kəllə sümüklərinin altına yerləşdirildiyini, elektrodlardan istifadə etməklə beyinə bağlandığını və insan orqanı kimi fəaliyyət göstərməyə başladığını izah edib.