Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar təsadüfi deyil.

Unikal.org  xəbər verir ki, bunu Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin qarşıdurmanı guya Azərbaycanın başlatması barədə verdiyi açıqlamalar əsassızdır.

“İyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədini pozmağa cəhd olundu. Əlbəttə ki, baş verənlərin erməni versiyası yalandır”.

Baxçalı Ermənistanın xarici qüvvələrin əlində alət olduğunu və hələ də belə qaldığını qeyd edib.

Türkiyəli siyasətçi xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi on illərdir Ermənistanın işğalı altındadır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində heç bir irəliləyiş əldə edilməyib".