Çində ana və qızı dörd gün, üç gecə yaşadıqları binanın liftində qalıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı qadın və 62 yaşlı qızı Sian şəhərində yerləşən evlərinin liftində olarkən qurğu xarab olub.
Liftdə yardım düyməsinin və qadınlarda mobil telefonun olmaması səbəbindən ana və qızı kömək çağıra bilməyiblər. Ailənin digər üzvləri həmin vaxt bir neçə günlük şəhər kənarına gediblər.Əlacsız qalan qadınlar dəmir çubuq tapıb, hava girişi təmin etmək üçün qapıları yüngülcə aralaya biliblər. Ancaq su çatışmazlığı problemini mümkün yeganə yolla – öz sidiklərini içməklə həll etməyə məcbur olublar.
Dörd gün sonra, nəhayət, 62 yaşlı qadın liftin qapısı arasındakı boşluq vasitəsilə kömək çağıra bilib. Qadınlar xilas edilərək, xəstəxanaya yerləşdiriliblər. Həkim onların su tələbatlarını ödəyə bildikləri üçün sağ qaldıqlarını deyib.