"Tarix boyu erməni şovinistləri imperialist qüvvələrin havadarlığı ilə Azərbaycan xalqına qarşı məkrli addımlar atıb, qırğınlar, soyqırımlar həyata keçirib, məqsədyönlü şəkildə mülki əhalini,onların əmlakını, yaşayış evlərini, tarixi abidələrimizi əsas hədəf seçiblər. İşğalçı dövlət tərəfindən azərbaycanlı mülki əhalinin, onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması, ağır silahlardan atəşə tutulması ermənilərin faşizm xislətinin təzahürüdür. Ermənistan mütəmadi olaraq belə cinayət aktları törədir, İşğalçı dövlət tərəfindən mülki əhalinin, onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması faşizmin təzahürüdür".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın bu siyasətinə bütün müstəvilərdə adekvat cavab verib: "İyulun 12-də günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən bölmələrimizin mövqelərini atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəd bölgəsində yerləşən kəndlər də atəşə məruz qaldı. Tovuz rayonunu işğalçı dövlətin Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı İyulun 20-də ölkə Prezidenti İlham Əliyev sərəncam imzalamadı. Bu sərəncam xoş gündə də, dar gündə də xalqın yanında olan Prezidentin  hər bir vətəndaşına olan diqqət, qayğısının təzahürüdür". 

Millət vəkili onu da xatırladıb ki, Tovuz rayonu istiqmətində erməni silahlı qüvvələrinin təcavüzü sayəsində evi dağılan, heç bir əşyası ələ gəlməyən insanlar kəndlərini tərk etmədi, öz həyətlərində gecələdilər: "Onlar əzm, mətanət göstərərək, bir qarış torpaqlarını  düşmənə verməyəcəklərini nümayış etdirdilər. Ölkə Başçımızın bu sərəncamından sonra Cocuq Mərcanlıda, digər sərhəd bölgələrimizdə olduğu kimi çox qısa zaman ərzində dağılmış evlərin yerində müasir standartlara cavab verən evlər ucaldılacaq, bu bölgədə yaşayan insanların ruh yüksəkliyini daha da artıracaq".

Murad İbrahimli