Rusiyada "Qurd adam" ləqəbi ilə tanınan qatil Mixail Popkovun bu günə qədər 200-ə yaxın qadını öldürdüyü iddiaları ölkədə hiddətə səbəb olub.

Unikal.org xəbər verir ki, Rusiyada uzun müddət axtarışda olan cinayətkar şəxs həbs olunub. Məhkəməyə çıxarılan Mixail Popkov, hakim suallarını cavablandırarkən,  83 qadını öldürdüyünü etiraf edib. 

Lakin, Rusiya polisinin qan donduran hadisə ilə əlaqədar verdiyi açıqlamada, qatil tərəfindən öldürülən qadınların sayının 200-ə qədər ola biləcəyini iddia edilib. 

Belə ki, qatilin 1992-ci ildən 2010-cu ilə qədər 81 qadını öldürdüyü müəyyən edilsə də, 2019-cu ildə daha iki qadının öldürüldüyünə dair bəzi faktlar ortaya çıxıb. "Qurd adam" ləqəbli cinayətkara ömürlük həbs verilib. Törəditdiyi cinayətlər barəsində xüsusi araşdırma qrupu cəlb olunub. Faktla bağlı araşdırma davam etdirilir.