Son sutka ərzində Türkiyədə daha 18 nəfər koronavirusdan dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 5 min 526-ya çatıb.
Nazir bildirib ki, indiyədək Türkiyədə 221 min 500 nəfər koronavirusa yoluxub.