Kərəm Həsənov daha bir uşaq bağçasını satır
Kərəm Həsənov daha bir uşaq bağçasını satır

53 saylı uşaq bağçası hərraca çıxarılacaq

Redaksiyaya verilən məlumata görə, uşaq bağçasının ümumi sahəsi 131,8 kvadrat metrdir. Bağça üçün start qiymət 5316 manat müəyyən edilib. Sözügedən bağça Bakı şəhəri Z. Əliyeva 14 ünvanda yerləşir. Hərrac Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.
Bağçaya qoyulan start qiyməti isə şübhə doğurur. Kifayət qədər geniş sahəyə malik bağçaya 5 min manatdan bir qədər artıq qiymət biçilməsi, eyni zamanda Kərəm Həsənovun komitəsinin hərracları necə təşkil etdiyinə dair ortada olan reallıq həmin uşaq bağçasının hansısa “güclü bir ələ” keçəcəyindən xəbər verir. Eyni zamanda Həsənovun komitəsi uşaq bağçası satıldıqdan sonra onun təyinatını qoruyub-qorumayacağı barədə də açıq bildirmir. Doğrudur, uşaq bağçalarının satılmasına yalnız təyinatını qoruyacağı təqdirdə icazə verildiyinə dair qərar var - amma bu, kağız üzərindədir. Bakıda xeyli sayda bağçanın kimlərsə tərəfindən alınaraq necə özününküləşdirildiyi məlum olduğundan 53 saylı bağçanın taleyindən də narahat olmağa dəyər.
Günel Əkbər