Bəşər Əsəd ordusu Suriyanın şimalında müxalif hərbi qüvvələrin nəzarətindəki Əl Bab bölgəsinə raket zərbələri endirib.

Unikal.org xəbər verir ki, hücum nəticəsində iki mülki şəxs həyatını itirib, daha iki nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl Babı 2017-ci ildə İŞİD terror təşkilatından azad etmişdi.