ABŞ-da iki vaksinin klinik sınaqları artıq başa çatır.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən brifinqdə ABŞ lideri Donald Tramp bəyan edib.
“İki eksperimental vaksinin klinik sınaqlarının final mərhələsi başlayır. Buna rekord müddətdə nail olunub”, - deyə Tramp qeyd edib.
O, yaxın həftələrdə daha dörd vaksinin sınaqdan keçirilmələrinin son mərhələsinin başlayacağını da qeyd edib. Trampın sözlərinə əsasən, ABŞ epidemiyaya nəzarət etməyi deyil, ona son qoymağı planlaşdırır.