Türkiyəli məşhur iş adamı Kamal Gülman vəkili Eda Cideli ilə sevgili həyatı yaşayır. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, boşanma prosesini aparan 30 yaşlı xanım vəkil özündən 58 yaş böyük sevgilisi ilə Bodrumda dincələrkən görüntüləniblər.

Qeyd edək ki, adı mütəmadi olaraq gənc qızlarla hallanan yaşlı iş adamının boşanma səbəbi də xəyanət olub. 7 il davam edən məhkəmə prosesində  öz vəkili ilə sevgili olan Kamal Gülman bu hərəkəti ilə həyat yoldaşı Feryal Gülmanı boşanma məsələsində haqlı çıxarıb.