Rusiyada son sutka ərzində daha 5 862 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 789 190 nəfərə çatıb. Son sutka ərzində 165 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 745 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 572 053 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.