ABŞ-ın Alyaska ştatında 7,8 bal gücündə zəlzələ baş verib.

Unikal.org
xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar İnstitutunun (USGS) məlumatına görə, ABŞ-ın Alyaska ştatında Rixter cədvəli üzrə 7,8 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla 6:12-də  yerin 13 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilib.

Həyat və əmlak itkisi ilə bağlı izahat hələ verilməyib.