İtaliyada ölkəni Avropa İttifaqından çıxarmaq missiyası daşıyacaq siyasi qüvvə yaradılır.
Unikal.org xəbər verir ki, bu barədə “Reuters”məlumat verir.
Bildirilir ki, sabiq telejurnalist, senator Canluici Paraqone “Brexit”in memarı Naycel Fərəclə iyulun 20-də Londonda görüşüb. Bu həftə isə senator “Italexit” partiyasını yaratdığını bildirib.
“İtaliyanın imicini təhqir edən ölkələr tərəfindən artıq təhdid oluna bilmərik”, - deyə Paraqone bildirib və əlavə edib ki, yalnız Britaniya kimi həqiqətən də muxtar olan dövlət pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gələ bilər.
Nəşr qeyd edir ki, Paraqonenin niyyəti şübhə doğurur. Belə k, Aİ iyulun 21-də 750 milyard avroluq iqtisadiyyatın bərpa Fondunu yaradıb ki, bu da blokun tərəfdaşlarının sözlərinə əsasən, onun vəhdətindən xəbər verir.