Almaniyanın Qalla şəhərinin Universitet klinikasının alimləri dörd min insanın iştirakı ilə təcrübə aparacaqlar.
Unikal.org “IFLScience”ə istinadla xəbər verir ki, mexanizm koronavirus infeksiyasının örtülü məkanda insanların çox olduğu yerdə yayılma mexanizmini daha yaxşı başa düşməyə imkan verəcək.
Mütəxəssislər avqustun 22-də Leyptsikdə 18-50 yaş arası olan dörd min insanın iştirakı ilə konsert keçirməyi planlaşdırırlar. İştirakçılar 48 saat əvvəl COVID-19 testi verməlidirlər. Adamlara respirator və fluorestsent antiseptikləri veriləcək. Ekspertlər sonuncunun sayəsində ən çox toxunulan səthləri müəyyən edəcəklər.
Volontyorlar, həmçinin elektron bilərziklə də təchiz ediləcəklər. Bu cihaz alimlərə təcrübə iştirakçılarının neçə insanla əlaqədə olmaqları, eləcə də saxlanılan məsafə barədə məlumat verəcək.
Cihazın topladığı məlumatlar sayəsində kompüter modeli hazırlanacaq ki, bunun da sayəsində alimlər virusun insandan insana necə ötürüldüyünü müəyyən edəcəklər.