Ukrayna hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan adaptiv karantini avqustun 31-dək uzadıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabineti 22 iyul tarixində bu barədə qərar qəbul edib.
Məhdudlaşdırıcı tədbirləri gücləndirmək üçün bölgələrlə bağlı bəzi prinsiplər dəyişdirilib.
Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gündə ölkədə 829 nəfərdə koronavirus aşkarlanıb, 16 nəfər bu xəstəlikdən ölüb, 973 nəfər isə sağalıb.