Rusiyanın paytaxtı Moskva şəhərində səkidə qalan şübhəli qara çanta hər kəsdə təşvişə səbəb olub.

Unikal.org xəbər verir ki, hadisə yerinə polis cəlb olunub. Çantada bomba olma ehtimalına görə, polis küçədəki bütün giriş və çıxışları bağlayıb. Daha sonra bomba məhv edən qrup hadisə yerinə gəlib. Qısa zamanda bomba məhv edən qoruyucu geyimdə çantaya yaxınlaşıb və detonatorla çantanı partladıb.  Bu zaman çantadan çıxan hər kəsi təəccübləndirib.

Belə ki, şübhəli çantadan pizza çıxıb. 

Hadisə yerinə gələn kuryer çantanın ona məxsus olduğunu bildirib. Mətbuata açıqlama verən, kuryer, çantanı unutduğunu və geri almaq üçün əraziyə getdiyində bu halın mümkün olmadığını qeyd edib. Partladılan çantada pizza ilə yanaşı, kuryerin şəxsi əşyaları da olub. 

Polis faktla bağlı araşdırmanı davam etdirir.