Dünyada koronavirus pandemiyasının yeni mərkəzinə çevrilən Cənubi Amerikadan gələn dəhşətli görüntülər hər kəsi sarsıdıb.
Unikal.org xəbər verir ki, Cənubi Amerika ölkəsi Boliviyada yaşanan görüntülər koronavirusun dəhşətli, ölümcül infeksiya olduğunu bir daha sübut edib.
Belə ki, Boliviyanın iki böyük şəhərində koronavirus səbəbiylə ölən və küçənin ortasında yığılmış 420 insan cəsədinin görüntüləri ölkədə sanksiyaya səbəb olub. Bundan əlavə, Boliviya Məhkəmə Tədqiqatları İnstitutu, ölkədə Covid-19-dan aprelin 1-dən 19-dək ölən daha 316 nəfərin cəsədlərinin toplandığını açıqlayıb.