"Azərbaycan torpaqlarının qanunsuz işğalı illərdir davam edir. Ermənistanın sülhü pozan və beynəlxalq təşkilatların qətnamələrini heçə sayan hücumlarını şiddətlə qınayırıq”.

Unikal.org xəbər verir ki, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizilik Şurasının toplantısından sonra yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, Türkiyə qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olacaq.