"Təəssüf ki, bu pandemiya daha yaxşı vəziyyət almadan öncə, daha da pisləşəcək".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, 3 aylıq fasilədən sonra Ağ Evdə Covid-19 mövzusunda mətbuat konfransı keçirib. Pandemiya üçün "Çin virusu" ifadəsini işlətməsi ilə diqqət çəkən Tramp ölkənin cənub bölgələrində artan yoluxmaları nəzarət altına almaq üçün əllərindən gələni etdiklərini bildirib.
"Bu pandemiyada ölən hər insan üçün yas tuturuq. Onların xatirəsinə bir peyvənd hazırlayacağımıza söz verirəm. Bu virusa qalib gələcəyik. Peyvənd hazırlanması və müalicə metodları çalışmalarında olduqca yaxşıyıq" - deyə o, bildirib.