ABŞ və Çin arasında vəziyyət daha da gərginləşir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Çindən Hyuston şəhərindəki Baş konsulluğu 72 saat ərzində bağlamağı tələb edib.
Çinin Xarici İşlər Nazirliyi isə ABŞ-ın konsulluqla bağlı tələbinin birtərəfli təxribat olduğu açıqlayıb:
“Çin bu qərarı şiddətlə qınayır və tələbin ləğv edilməsini istəyir”.
Qeyd edək ki, Çin konsulluğunda sənəd və kağızların yandırılması ilə bağlı məlumat yayılıb.