Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, bir gündə 902 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5545, virusa yoluxanlar isə 222 min 402 nəfərə çatıb.
Türkiyədə indiyədək 205 min 214 xəstə (son sutkada 1203 nəfər) sağalaraq evə buraxılıb.