Fransanın cənubundakı Qrenoble şəhərində  yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı mənzildə kilidli vəziyyətdə qalmış 10 və 3 yaşlı uşaqlar pəncərədən atlayaraq xilas ola biliblər. 

Belə ki, baş verən yanğında binadakı şəxslər təxliyə olunub. Lakin mənzillərin birində kilidli vəziyyətdə qalmış 10 yaşlı uşaq xilas olmaq üçün əvvəlcə 3 yaşlı qardaşını daha sonra isə özünü pəncərədən atıb. 

Həmin vaxt küçədə olan 25 yaşlı Athumani Valid adlı gənc hər iki uşağı tuta bilib. Azyaşlılar xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Yanğınla bağlı istintaq işləri başladılıb.