ABŞ-ın Portland şəhərində polisin jurnalistlərə hücumu yolverilməzdir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“ABŞ-da Rusiya televiziyasının çəkiliş qrupu bu gün polislərin hücumuna məruz qaldı. Jurnalistlərə qarşı fiziki güc tətbiq olundu, iş avadanlıqları zərərsiz hala gətirildi. Amerika hüquq mühafizə orqanlarının mətbuat nümayəndələrinə qarşı qəsdən təcavüzkar hərəkətlərini yolverilməz hesab edirik", - M.Zaxarova söyləyib.