Rusiyanın Sverdlovsk vilayətinin Kənd Təsərrüfatı və İstehlak Bazarı üzrə naziri Dmirti Deqtyaryev ölüb.

Unikal.org xəbər verir ki, bununla bağlı vilayətin qubernatoru Yevqeniy Kuyvaşyev “Instagram” hesabında məlumat verib.

Onun sözlərinə görə, koronavirusa yoluxan naziri həkimlər süni tənəffüs aparatına qoşsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Sverdlovsk vilayəti Rusiyanın regionları arasında koronavirusa yoluxmaya görə dördüncü yerdədir: 18 484 nəfər COVID-19-a yoluxub, onlardan 210-u ölüb.