Rusiyanın Federal Təhlükəsizlik Xidməti Kabardino-Balkariyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktının qarşısını alıb.

Unikal.org xəbər verir ki, hücumu İŞİD terror qruplaşmasının üzvləri həyata keçirməyə cəhd edib.

Güc strukturları Çegem rayonunda dörd terrorçunu müəyyənləşdiriblər. Əməliyyat zamanı cinayətkarlar silahlı müqavimət göstərdikləri üçün məhv ediliblər.

Ərazidə silah-sursat, İŞİD üzvləri ilə terror hücumunun müzakirə edildiyini ehtiva edən yazışmalar, partlayıcı maddələr və rabitə vasitələri aşkarlanıb.