Dünyada yeni növ koronavirus ilə yoluxma hallarının sayı 15 milyonu keçib.
Unikal.org xəbər verir ki, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan ABŞ-ın Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, 15 000 424 nəfər koronavirusa yoluxub, onlardan 617 832 nəfər ölüb.
Ən çox yoluxma halları ABŞ (3 915 780), Braziliya (2 159 654) və Hindistanda (1 193 078) qeydə alınıb.