Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.
Bu barədə Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir.
Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.
“Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar”, – Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.
O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.
“Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür”, – Rayan əlavə edib.