Yunanıstanın Korinf şəhərində güclü yanğın başlayıb. 

Unikal.org “Kathimerini” saytına istinadən xəbər verir ki, hökumət iki kəndi və internat məktəbini təxliyə edir.

Qeyd edilir ki, alov  Кехрис bələdiyyəsinin ərazisinə daxil olan meşədə başlayıb. Xilasedicilərin məlumatına əsasən, yanğına mübarizə aparmağa əsən güclü külək mane olur.

Bildirilir ki, xilasedicilərə kömək etməyə bir neçə ordu texnikası vahidi və yerli volontyorlar cəlb edilib. Hadisə yerində ümumilikdə, 143 yanğınsöndürən 43 avtomobil, 6 təyyarə və 8 helikopter cəlb olunub.