Xarici İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Şahin İsgəndərov XİN-in İşlər İdarəsinin rəisi təyin olunub. Xatırladaq ki, ötən günlərdə XİN-in İşlər İdarəsinin rəisi Fərhad Mollazadə DTX tərəfindən həbs olunub.

Qeyd edək ki, Ş.İsgəndərov 2013-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.