İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 221 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, İranda koronavirusdan ölənlərin sayı 15 074 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 621 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 284 034 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 247 230 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 667 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.