ABŞ-da Azadlıq (Freedom) heykəlini ildırım vurması kameraya düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda ABŞ-ın simvollarından biri olan heykələ ildırım düşüb.

Təbii hadisənin görüntüləri bir saat ərzində bir milyondan çox izlənib.

Qeyd edək ki, 1886-cı ildə Liberti adasının üzərində inşa edilən heykəl Fransa tərəfindən yaradılmasının 100-cü ili münasibətilə ABŞ-a hədiyyə edilib. Heykələ hər il təxminən 600 dəfə ildırım düşür.