Yaponiyanın Kyodo agentliyi birdəfəlik tibbi maskaların planetin ekologiyasına təhlükələri barədə məlumat yayıb.
Unikal.org xəbər verir ki, pandemiyanın fonunda tibbi maskalar sanki satışın bir hiti olub. İsti yay dövründə belə bütün dünyada istifadə olunur. Ancaq bir çox insanlar bu cür bioloji tullantıları necə düzgün şəkildə atmaq barədə düşüncəyə malik deyillər.
Bundan əlavə, agentlik, bəzi ölkələrdə bu tullantıların lazımi şəkildə atılması üçün şərait yoxdur. Bütün dünyadakı dalğıcların sözlərindən sitat gətirərək, atılan birdəfəlik maskaların artıq Yaponiya sahillərində üzdüyünü söyləyib.
Tibbi tullantılar Türkiyə və Avropa ölkələrində də artıb. Fransadan olan ekoloqlar dənizlərin və okeanların sularında meduzaların deyil, saysız-hesabsız maskaların olacağından qorxurlar.
“Bir maskanın mikroplastik hissəciklərə parçalanması üçün yüz illər lazımdır” - deyə agentliyin nümayəndəsi bildirib.