Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan son tədqiqatlar Mars ətrafında atmosfer təzyiqinin olduğunu və planetdə maye suyun mövcudluğuna kömək etdiyini göstərib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, universitet alimi Fransisko Dieqo Marsdakı qədim həyatın aydın sübutlarının olduğunu deyib. Planetdə atmosfer təzyiqinin olması onun üzərində bioloji növlərin mövcudluğunu göstərir. Buna əmin olmaq üçün insanlar Marsa eniş etməlidirlər.
Bu barədə Fransisko Dieqo Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk kosmik stansiyasını Marsa göndərdikdən sonra açıqlamasında danışıb. Stansiyanın əsas vəzifələri Mars atmosferini və içindəki istilik axınının yayılma dinamikasını öyrənmək olacaq. Planetdə oksigen və hidrogen itkisinin dərəcəsi də araşdırılacaq. 2014-cü ildə BƏƏ Marsı araşdırmaq istəyini elan edib, lakin elmi bazanın olmaması ölkə üçün əsas problemə çevrilib. Yalnız dəvət olunan xarici işçilər sayəsində problem həll edilib. 100 il sonra BƏƏ Marsda öz bazasını yaratmağı planlaşdırır.
Hazırda dünyada Qırmızı Planeti araşdırmaq üçün səkkiz layihə mövcuddur. ABŞ və Çin 2020-ci ildə öz tədqiqat zondlarını ora göndərməyi planlaşdırır. Əsas məqsəd Mars atmosferini öyrənmək və orada insan oğlunun yaşaya bilmə ehtimalını müəyyənləşdirməkdir.