Gürcüstanda daxili uçuşlar 24 iyuldan etibarən bərpa ediləcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. İyulun 24-də Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar fəaliyyətə başlayacaq.
Ümumilikdə, 24-31 iyul tarixlərində Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş həyata keçiriləcək.
Avqust ayından etibarən Mestia-ya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə, Batumiyə isə həftədə 4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.