Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.
Unikal.org xəbər verir ki, liderlər ikitərəfli münasibətləri və İranın nüvə proqramını müzakirə ediblər.
"Strateji sabitlik və silah nəzarəti ilə bağlı məsələlər ətraflı müzakirə edilib. Strateji Hücum Silahlarının Azaldılması Sazişi (START-3) ilə bağlı toplantı keçirilməsi barədə razılıq əldə olunub.
Bundan əlavə, liderlər İranın nüvə proqramı ətrafında cərəyan edən prosesləri müzakirə edib", - Kremlin yaydığı məlumatda bildirilib.