Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 11 nəfər dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4375-ə çatıb.
Epidemiyanın əvvəlindən bəri təxminən 236 min Moskva sakini koronavirusa yoluxub, təxminən 173 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.