Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 19 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 104 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Virusa yoluxanlardan 912 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.