İngiltərə kral ailəsi haqqında yazdığı bioqrafik kitablarla məşhur olan Ledi Kolin Kempelin bu dəfə Şahzadə Harri haqqında dedikləri gündəmi alt-üst edib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ledi Kempel "Meqan ve Harri: Gerçek hekayə" adlı yeni kitabının təqdimatı zamanı Şahzadə Harrinin həyat yoldaşı Meqan Markldan zəka olaraq zəif olduğunu bildirib. O, Şahzadə Harrinin həyat yoldaşını məmnun etmək üçün çarəsiz şəkildə çabaladığını bildirib.

Qeyd edək ki, Ledi Kempelin Şahzadə Dianaya həsr etdiyi kitabı 1992-ci ilin ən çox satılanlar siyahısında yer alıb.