Ermənistanda daha 451 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 36 613-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 692-yə çatıb. İndiyədək 25 734 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 969 aktiv koronavirus xəstəsi var.