“Microsfot” korporasiyasının təsisçisi Bill Qeyts koronavirus infeksiyasında əlinin olması ilə bağlı növbəti dəfə konspiroloji nəzəriyyəsi təkzib edib.
Unikal.org xəbər verir ki, bu barədə milyarder CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə əsasən, pandemiyalar, sosial şəbəkələr və sadə izahatlar axtaran insanlar bir araya gəldikdə, xoşagəlməz nəticə verir.
“Buna görə də hər şey sadəcə olaraq tərsinə çevrilir. Onlar deyirlər ki, əgər pul qazanırıqsa, deməli, biz vaksinin köməyi ilə insanları öldürməyə hazırlaşırıq”, - deyə Qeyts qeyd edib.
Milyarder xatırladıb ki, onun fondu COVID-19-la mübarizəyə 250 milyon dollar vəsait ayırıb.