Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 49 min 310 yoluxma qeydə alınıb. Bu, Hindistanda gündəlik yoluxma üzrə yeni rekorddur.
Unikal.org Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 287 min 945 nəfərə çatıb. Ötən sutka COVID-19 səbəbindən 740 ölüm baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 30 mini ötüb.
Nazirlik virusa yoluxanların təxminən 63 faizinin sağaldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.