İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 215 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat verib.

IRINN telekanalını efirində nazirliyin nümayəndəsi bildirib ki, son 24 saatda daha 2489 nəfərdə koronavirus aşkar edilib.

İranda koronavirusdan ölənlərin sayı 15 074, yoluxanların ümumi sayı 284 034 nəfərə çatıb.

İran iyulun əvvəlindən koronavirusdan ölənlərin sayı üzrə antirekordu dörd dəfə yeniləyib.