ABŞ Konqresinin Nümayəndələr palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
Unikal.org xəbər verir ki, məlumatı ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) yayıb.
Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.
Həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı.