Banqladeşdə güclü daşqınlar nəticəsində 1,5 milyon insan evsiz qalıb.
Unikal.org xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat verir.
Qeyd edilir ki, daşqınlar nəticəsində kənd təsərrüfatına dəyən ziyana və karantinlə əlaqədar ölkəyə idxal dayandırıldığına görə əhali qida böhranı ilə üzləşə bilər.
Hazırda ölkə ərazisinin üçdən birinin su altında qaldığı bildirilir. Bu, 1988-ci ldən bəri ən iri daşqındır.