Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyada Qurani-Kərim oxuyub.
Unikal.org xəbər verir ki, Türkiyə Prezidenti “Fatihə” surəsini tam və “Bəqərə” surəsinin isə ilk beş ayəsini tilavət edib.
Qeyd edək ki, bu gün Aya Sofyada 86 il sonra ilk dəfə cümə namazı qılınıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər cümə namazında iştirak edib.